AMB vəzifəli şəxsi cərimələdi

AMB vəzifəli şəxsi cərimələdi Azərbaycan Mərkəzi Bankı (AMB) Premium Bank ASC-ni və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.

Bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinə əsasən "Premium Bank” 50 min manat, 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən isə bankın vəzifəli şəxsi 10 min manat cərimə edilib.

Tehsil-press.az

Oxşar xəbərlər