Tədbir çərçivəsində tanınmış mütəxəssislərin iştirak etdiyi dəyirmi masa müzakirələrində Baku Medical Plaza klinikalar şəbəkəsinin Pediatriya və Neonatologiya şöbəsinin müdiri, pediatr Erkin Rəhimovun geniş məruzəsi dinlənilib. Azərbaycanda neonatal xidmətin mövcud vəziyyəti haqqında məlumat verən doktor Rəhimov Baku Medical Plazada ana və uşaq sağlamlığı sahəsində görülən işlər, perinatal xidmətlərin inkişafı və yeni texnologiyaların tətbiqindən danışıb. Azərbaycanda səhiyyə sisteminə göstərilən dövlət qayğısını xüsusi vurğulayan Erkin Rəhimov ölkənin aparıcı özəl tibb müəssisələrindən olan Baku Medical Plazada son illər əldə edilən yüksək nəticələr, tətbiq olunan yeniliklər və gələcək fəaliyyət istiqamətləri barədə məlumat verib.
Baku Medical Plaza klinikalar şəbəkəsi 15 ildən artıqdır ki, ölkəmizdə müasir standartlara cavab verən yüksək səviyyəli tibbi xidmətləri ilə insanların sağlamlığının qorunmasında xüsusi yer tutur. Klinikanın peşəkar həkimləri mütəmadi olaraq dünyanın müxtəlif ölkələrində beynəlxalq konqreslərdə fəal iştirak edərək, ən son tibbi yeniliklər və təcrübə ilə ölkəmizdə tibb sahəsinin inkişafına töhfə verməyə davam edirlər.
Tehsil-press.az





