Gəncə şəhər Psixo-Nevroloji Dispanseri Gəncə şəhər Psixatriya Xəstəxanasının tabeliyinə verilib.Bu barədə səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.
Bildirilib ki, bundan sonra dispanser şöbə kimi fəaliyyət göstərəcək. Dispanser işçilərinin bir hissəsi artıq Gəncə Psixatriya Xəstəxanasına yerləşdirilib.
Məlumat üçün bildirək ki, sözügedən quruma bu günlərdə yeni baş həkim də təyin olunub.
Tehsil-press.az










