
Bu barədə NHK telekanalı ölkənin Səhiyyə, Əmək və Sosial Rifah Nazirliyinin 2024-cü il üçün açıqladığı statistik məlumatlara istinadən xəbər verib.
Rəsmi statistikaya əsasən, 2024-cü ildə Yaponiya qadınlarının orta ömür uzunluğu 87,13 il təşkil edib. Bu göstərici ilə Yaponiya dünya üzrə birinci yerdə qərarlaşıb. Bu, həm də ölkənin sağlamlıq xidmətlərinin keyfiyyəti, balanslı qidalanma, nizamlı həyat tərzi və qabaqcıl tibbi texnologiyalara çıxış imkanlarının nəticəsi kimi qiymətləndirilir.
Yapon kişilərin orta ömür uzunluğu isə 81,09 il olub. Bu göstərici ilə Yaponiya kişiləri dünya üzrə altıncı yeri tutur.
Mütəxəssislər hesab edirlər ki, kişilərlə müqayisədə qadınların daha uzun ömür sürməsi bir çox sosial, bioloji və psixoloji amillərlə bağlıdır.
Tehsil-press.az