Ifaçı məşhur kürd mahnısını səsləndirdiyi paylaşımında kimliyi ilə bağlı açıq və birmənalı mövqe sərgiləyib. O bildirib:
"Kürd olduğum halda, niyə də yox. Kürd dili mənim dədə-baba dilimdir".
Bu açıqlama qısa müddət ərzində sosial mediada böyük rezonans doğurub. Bəzi istifadəçilər müğənninin əvvəllər müxtəlif etnik kimliklərlə bağlı səsləndirdiyi fikirləri xatırladaraq, "siz gah yəhudi, gah türk, gah da kürd olduğunuzu deyirsiniz",- kimi tənqidi şərhlər yazıblar.
Məsələyə aydınlıq gətirən müğənni isə tənqidlərə cavab verməkdə gecikməyib. O, ailə kökləri barədə daha ətraflı danışaraq bildirib:
"Bəli, anam Dərbənd yəhudisidir, atam isə kürddür. Mən azərbaycanlı olmağımla fəxr edirəm. Ölkəmin tolerant olduğunu da yaxşı bilirəm. İnsanlar fərqli köklərdən gələ bilər - kimisinin anası yəhudi, atası kürd olar. Burada nə qəbahət var?"
Tehsil-press.az











