Ana evə gələrkən azyaşlı qızını yarıçılpaq vəziyyətdə görüb — Bakıda qandonduran CİNAYƏT (VİDEO)

Ana evə gələrkən azyaşlı qızını yarıçılpaq vəziyyətdə görüb    —   Bakıda  qandonduran CİNAYƏT (VİDEO) 22 il əvvəl Bakıda azyaşlıya qarşı zorakılıq etməklə onu qətlə yetirməkdə təqsirləndirilən İsmayıl Quliyev və Alidə Qadaşovanın cinayət işinin ilk məhkəmə baxışı keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi vəsatətlə çıxış edərək prosesin qapalı keçirilməsini istəyib.

Yerində müşavirə keçirən hakimlər vəsatətin əsassız olduğunu bildirərək onu təmin etməyib.

Daha sonra dövlət ittihamçısı təqsirləndirilənlərə ittiham aktını elan edib.

İttihama görə, Alidə Qadaşova İsmayıl Quliyevin bacısı ilə birlikdə işləyib. Onlar 2002-ci ildə görüşərək İsmayıl Alidəyə görə bacısının ailəsində problem yarandığını və ondan qisas alacağını bildirib. Bundan bir müddət sonra Alidənin evindən onun 12 yaşlı qızının meyiti aşkar olunub.

Hakim elan olunmuş ittihama görə, təqsirləndirilənlərin təqsirinin sübuta yetiriləcəyi təqdirdə 15 ildən 20 ilədək azadlıqdan məhrum edilə biləcəklərini xatırladıb. Lakin İsmayıl Quliyev və Alidə Qadaşova özlərini təqsirli bilməyiblər.

İsmayıl Quliyev məhkəmənin hazırkı mərhələsində ifadə verməkdən imtina etsə də, Alidə Qadaşova sərbəst ifadəsi zamanı vurğulayıb ki, hadisə vaxtı o işdə olub. Həmin ərəfələrdə həyətlərində dəfələrlə naməlum şəxsləri gördüyünü deyib. O, buna əhəmiyyət verməyib.

Alidə Qadaşovanın ifadəsinə görə, hadisə baş verən gün azyaşlı qızı evdə tək olub. Ana bildirib ki, işdən evə gələrkən qızının yarıçılpaq vəziyyətdə olan meyitini evdə aşkar edib. O, bu məsələnin İsmayıl Quliyevlə ümumiyyətlə heç bir əlaqəsinin olmadığını, onu usta kimi tanıdığını bildirib.

Növbəti proses sentyabrın 9-na təyin edilib.



Tehsil-press.az

Oxşar xəbərlər