Qlobal iqtisadi böhran 260 min xərçəng xəstəsini öldürüb

Qlobal iqtisadi böhran 260 min xərçəng xəstəsini öldürüb İşsizliyin artması və bütün dünyada 2008-2010-cu illərdə pulun olmaması onkoloji xəstəliklərə yoluxan insanlar arasında ölüm sayını çoxaldıb. “The Lancet” tibb jurnalında çap olunan araşdırmaya görə, əgər iqtisadi vəziyyət əlverişli olsaydı, xərçəng xəstələrinin müalicəsi mümkün olardı.
Alimlər Dünya Bankının 1990-2010-cu illərdə dünyanın 75 müxtəlif ölkəsində əhalinin gəlirləri və işsizliyin səviyyəsi ilə bağlı məlumatlardan istifadə ediblər. Bu məlumatı onkoloji xəstəliklər və ölüm haqqında məlumatlar ilə əlaqələndiriblər. Məlum olub ki, 2008-2010-cu ilərdə dünyada minimum 260 min xərçəng xəstəsi ölüb. Alimlər xərçəng xəstəliyə yoluxanlar arasında ölüm faktının artmasının səbəbini qlobal iqtisadi böhranla əlaqələndiriblər.
Araşdırma zamanı bəlli olub ki, belə xəstəlikdən dünyalarını dəyişənlərin sayının artımı işsizlik səviyyəsinin yuxarı və gəlirlərin az olduğu ölkələrdə çoxalıb. Alimlərin fikrincə, həmin ölkələrdə yaşayan əhalinin gəliri çox olsaydı, xəstəliyin öhdəsindən gələ bilərdilər.


Tehsil-press.az

Oxşar xəbərlər