Mədə-bağırsaq sisteminin müasir müayinəsi

Mədə-bağırsaq sisteminin müasir müayinəsi Günümüzdə olan aktual mədə-bağırsaq problemləri: keyfiyyətsiz qidalanma, stres, bir sıra dərman qəbulu, spirtli içkilər, siqaret və s. kimi amillərdən qaynaqlanır. Xəstələr tez-tez mədə-bağırsaq şikayətləri ilə bizə müraciət edir. Şikayətlərin əsasını qıcqırma, gəyirmə, mədə ağrıları, köp, qəbizlik və qaraciyər piylənməsi təşkil edir. XXI əsrin mədə-bağırsaq xəstəliklərinin ən dəqiq və həssas müayinə metodu endoskopik müayinədir. Dəqiq görüntüyə malik olan alətlər bizə mədə-bağırsaq sistemini dərindən incələməyə imkan verir. Buna görə də, xəstəlikləri səbəbinə yönəlik olaraq müalicə edirik. Xəstələrdə endoskopiya ilə bağlı 3 böyük qorxu var. 1. Müayinə zamanı xəstələrin hiss edəcəyi öyümə, qusma və ağrı kimi narahatçılıqlar. 2. Müayinə zamanı orqanların zədələmə qorxusu. 3. Sterilizasiya qaydaları- müayinə vaxtı yoluxa biləcək xəstəliklər. Bütün bu suallar yalnız qorxudan yaranan xəstə təxəyyülləridir. Hal-hazırda dünyada və Azərbaycanda istifadə olunan cihazlar çox həssasdır. Mədə-bağırsaqda olan hər hansı bir problemi bu cihazların köməkliyi ilə tam dəqiq detallara qədər yoxlamaq olar. Düzgün şəkildə icra olunan endoskopik müayinə zamanı heç bir orqan zədələnməsi müşahidə edilmir. Bu işdə anesteziyanın rolu da böyükdür. Anesteziya, xəstələrin düşündüyü "narkoz" deyil, venadaxili sedasiya adlandırılır. Qastroskopiya müayinəsi normalda 2-3 dəq çəkir. Kolonoskopik müayinəyə isə 10-15 dəqiqəlik zaman sərf olunur. Anesteziya altında icra olunan müayinələr zamanı xəstə heç bir narahatçılıq hiss etmir. Xəstənin damarına dərman yeridilir və o bir neçə dəqiqəlik dərin yuxuya gedir. Sedasiya altında öyümə və narahatlıq hissi olmadığı üçün həkim rahat müayinəsini icra edir və işləmə bağlı səhvlər də olmur. Endoskopiya qurtarandan sonra, xəstələr 5-10 dəq oyanma otağına keçirilir, daha sonra isə evlərinə gedib, işlərinə davam edə bilərlər. Aparatlar hər bir xəstədən sonra 20 dəqiqə ərzində 2 yolla, həm mexaniki, həm də xüsusi aparat vasitəsilə sterilizasiya olunur. Dünya protokoluna əsasən 50 yaşından yuxarı hər bir şəxs heç bir şikayəti olmadığı halda belə bu müayinələrdən keçməlidir. Mədə-bağırsaq sistemi boru şəklində olduğu üçün, mənfəzində hər hansı bir törəmə, şiş, patoloji proses başladıqdan sonra böyüməsi üçün yetərli qədər yer var. Bu səbəbdən xəstəliyin inkişafı illərlə sürə bilər. Xəstələr bizə çox gecikmiş mərhələdə müraciət edir. Çox zaman törəmələr qanayır, keçməməzlik yaranır və ya başqa orqanlara metastaz verir. Xəstələrin bu halları ilə daha çox qarşılaşırıq. Hər şeyin hal-hazırda müalicəsi olduğu üçün biz xəstələrdə xərçəngi deyil, xərçəng önü , yəni gələcəkdə xərçəng yarada biləcək xəstəlikləri axtarırıq və onları vaxtında müalicə edirik. Son zamanlar xərçəngin əmələgəlmə faizi artığı üçün, müayinədən keçmək şərtdir. Vaxtında sağlamlığınızın qeydinə qalın ki, şəfa tapa biləsiz!

Dr. Sevda Ağayeva
İnvaziv qastroenteroloq-Hepatoloq
Baku Medical Plaza Mərkəz Filialı

Oxşar xəbərlər