“Mən Putinlə bağlı çox məyus olmuşam" - Tramp dünyanı şoka salan açıqlama verdi

“Mən Putinlə bağlı çox məyus olmuşam ABŞ prezidenti Donald Tramp Vladimir Putinlə bağlı açıq məyusluğunu dilə gətirib və dünyanın diqqətini yenidən Ukrayna müharibəsindəki ağır itkilərə yönəldib.

Prezident bildirib ki, hər həftə cəbhədə yeddi min insan, əsasən də əsgərlər həlak olur:

“Mən Putinlə bağlı çox məyus olmuşam. Mən bunu deyə bilərəm. Amma biz insanların normal yaşaya bilməsi üçün nəsə edəcəyik. Bu, Ukraynaya yardım məsələsi deyil, bu, insanların yaşaması üçün köməkdir. Hər həftə yeddi min insan ölür, əsasən də əsgərlər. Amma yeddi min?! Əgər mən bunu dayandırmağa kömək edə bilirəmsə, düşünürəm ki, bunu etməyə borcluyam”.

Trampın bu açıqlaması həm Alyaska görüşündən sonra artan gərginliyin, həm də ABŞ-ın bundan sonra atacağı addımların müzakirəsini daha da intensivləşdirib.

Tehsil-press.az

Oxşar xəbərlər