General Ruslan Allahverdiyev azadlığa buraxıldı
Müstəntiqlər Rusiya Silahlı Qüvvələrinin Mühəndis Qoşunlarının keçmiş rəis müavini, general-mayor Ruslan Allahverdiyevə qarşı cinayət təqibini dayandırıblar. Onlar general-mayor Ruslan Alahverdiyevi xüsusi hərbi əməliyyata (Ukrayna müharibəsi-red.) qatılmaq üçün azadlığa buraxıblar.
Bu barədə TASS agentliyi məlumat yayıb. Sayt hüquq-mühafizə orqanlarından birinin adı açıqlanmayan əməkdaşına istinad edib. Qeyd edək ki, Ruslan Allahverdiyev rüşvət almaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunurdu.
Tehsil-press.az
- Baxış: 126
Xəbərin tarixi: 21.03.2026 / 11:47
-
Oxşar xəbərlər