Aygün Kazımova onların arxiv görüntülərini yaydı - Video

Aygün Kazımova onların arxiv görüntülərini yaydı - Video Xalq artisti Aygün Kazımova sosial şəbəkədə arxiv görüntülərini paylaşıb.

Sənətçi AzTV-nin lentə aldığı Novruz şənliyindən videonu İnstaqram izləyiciləri ilə bölüşüb.

O, paylaşımına "Əzizlərim, gözəl bayramlarınız mübarək olsun! Allah tutduğunuz orucu qəbul etsin. Dünyamızda sülh və əmin-amanlıq olsun. Novruz və Ramazan bayramınız mübarək" sözlərini yazıb.

Görüntülərdə xalq artistləri Mirzə Babayev, İlhamə Quliyeva, Telman Adıgözəlov, İlham Namiq Kamal və başqaları yer alıblar.

Tehsil-press.az

Oxşar xəbərlər