LDU Türkiyənin daha bir universiteti ilə əməkdaşlıq edəcək

LDU Türkiyənin daha bir universiteti ilə əməkdaşlıq edəcək Amasiya Universiteti ilə 5 illik memorandum imzalanıb
Lənkəran Dövlət Universiteti ilə Amasiya Universiteti arasında anlaşma memorandumu imzalanıb. Bu memorandum təhsil və tədqiqat sahəsində hər iki universitet arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədi daşıyır və tədris, tədqiqat, tələbə, müəllim, təlim proqramları mübadiləsi, birgə elmi seminarların və tədbirlərin keçirilməsinə xidmət edir.
5 il müddətinə nəzərdə tutulan memorandumu Lənkəran Dövlət Universiteti tərəfindən rektor vəzifəsini icra edən professor Natiq İbrahimov, Amasiya Universiteti tərəfindən rektor, professor Mətin Orbay imzalayıb.
Xatırladaq ki, Lənkəran Dövlət Universiteti Türkiyənin 20-dən artıq, bütövlükdə isə Azərbaycan da daxil olmaqla 50-yə yaxın.universiteti ilə əməkdaşlıq edir.

Tehsil-press.az



Oxşar xəbərlər