BDU Türkiyənin Üsküdar Universiteti ilə əməkdaşlıq edəcək

BDU Türkiyənin Üsküdar Universiteti ilə əməkdaşlıq edəcək Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Üsküdar Universiteti arasında elm və təhsil sahəsində akademik əməkdaşlıq protokolu imzalanıb.
Əməkdaşlıq protokolunu BDU-nun rektoru Elçin Babayev və Üsküdar Universitetinin rektoru Nazife Güngör imzalayıblar.
Rektor Elçin Babayev BDU-nun Türkiyənin İzmir Yüksək Texnologiyalar İnstitutu, Bilkent Universiteti, Ankara Universiteti, İstanbul Texniki Universiteti və digər tanınmış universitetləri, həmçinin qardaş ölkənin Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) ilə yaxından əməkdaşlıq etdiyini, birgə layihələr həyata keçirdiyini qeyd edib. O, Üsküdar Universiteti ilə də ölkələrimizə fayda verəcək və əməkdaşlığı daha da möhkəmləndirəcək layihələr icra ediləcəyinə əminliyini bildirib.
Üsküdar Universitetinin rektoru Nazife Güngör rektor kimi ilk səfərini Azərbaycana, BDU-ya etməkdən məmnun olduğunu bildirib. O qeyd edib ki, BDU və Üsküdar Universiteti jurnalistika, biologiya, psixologiya, qarşılıqlı maraq doğuran digər təhsil və elm sahələri üzrə tədqiqatlar aparacaq.
Əməkdaşlıq protokolunda ikili diplom proqramları üzrə layihələrin həyata keçirilməsi, akademik heyətin və tələbələrin qarşılıqlı mübadiləsi də nəzərdə tutulur.

Tehsil-press.az



Oxşar xəbərlər