Rusiya donanmasına AĞIR ZƏRBƏ: 4 mühüm gəmidən biri VURULDU

Rusiya donanmasına AĞIR ZƏRBƏ: 4 mühüm gəmidən biri VURULDU Sentyabrın 10-da Qara dənizdə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlıları Rusiya Donanmasına aid MPSV07 çoxfunksiyalı gəmini izləyərək ona hücum edib.

Bu barədə Ukrayna telegram kanalları məlumat yayıb.

Məlumatda bildirilir ki, gəmi 2015-ci ildə istismara verilib və təxminən 60 milyon dollar dəyərində qiymətləndirilir.

Rusiya Donanmasının bu tipdən ümumilikdə dörd gəmisi mövcuddur.

MPSV07 gəmisi dalğıc sistemləri, uzaqdan idarə olunan qurğular, yandan skan edən sonar və elektron döyüş avadanlığı ilə təchiz olunub. Gəmi həmçinin dərinliyi ölçmək və dibin araşdırılması işlərində istifadə oluna bilər.

Tehsil-press.az

Oxşar xəbərlər