
Bu barədə sentyabr ayında TŞ-yə sədrlik edən Cənubi Koreyanın BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb.
Məlumata görə, Qəzza üzrə brifinq Bakı vaxtı ilə saat 21:00-dan 00:00-a qədər "Yaxın Şərqdə vəziyyət, o cümlədən Fələstin məsələsi" adı altında keçiriləcək. Ukrayna üzrə brifinq isə saat 00:00-dan 03:00-a qədər "Ukraynada sülh və təhlükəsizliyin təmin olunması" mövzusu üzrə baş tutacaq.
Hər iki tədbirdə ölkələrin yüksək səviyyəli nümayəndələrinin iştirakı gözlənilir.
Tehsil-press.az