Rusiya Təhlükəsizlik Şurasının katibi Azərbaycana səfər edəcək
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycana səfər edəcək. Səfər sentyabrın 4-də baş tutacaq. Rusiya KİV-ləri Təhlükəsizlik Şurası aparatına istinadən N.Patruşevin təhlükəsizlik məsələləri üzrə Rusiya-Azərbaycan görüşündə iştirak etmək üçün Bakıya səfər etdiyini yazıblar.
Bakıda onun müvafiq qurumlarda yüksək səviyyəli görüşlər keçirəcəyi gözlənilir.
Tehsil-press.az
- Baxış: 4926
Xəbərin tarixi: 03.09.2019 / 12:39
-
Oxşar xəbərlər