Rövşən Nəcəf ona yüksək vəzifə verdi

Rövşən Nəcəf ona yüksək vəzifə verdi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 28 May Neft-Qaz Çıxarma İdarəsinə yeni rəis təyin edib.

SOCAR prezidentinin imzaladığı əmrlə bu vəzifəyə Ramin Adgözəl oğlu Quliyev təyin olunub.

Qeyd edək ki, Ramin Quliyev buna qədər Abşeronneft və Əmirov adına Neft-Qaz Çıxarma idarələrində rəis, GL və Tağıyev Əməliyyat Şirkətində əməliyyatlar üzrə menecer vəzifələrində işləyib.

R.Quliyev 2019-cu ildə neft sənayesində xidmətlərə görə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub. Texnika üzrə fəlsəfə doktorudur.

Tehsil-press.az

Oxşar xəbərlər