Daha bir məşhur aktrisa “gözdən itdi” – Görün harada yaşayır...

Daha bir məşhur aktrisa “gözdən itdi” – Görün harada yaşayır... Türkiyəli məşhurlar arasında şəhər həyatından uzaqlaşıb daha sakit və təbii mühitdə yaşamaq meyili getdikcə artır.

Böyük şəhərlərin səs-küyündən qaçıb kənd həyatını seçənlərin sırasına aktrisa Burcu Biricik də qoşulub.

“Camdaki kız” serialında canlandırdığı “Nalan” obrazı ilə geniş kütlənin sevgisini qazanan Biricik 2016-cı ildə Emre Yetkinlə ailə qurub. Cütlüyün qızı Luna bu ilin iyul ayında doğulub.

Burcu Biricik qızını sakit və təhlükəsiz bir mühitdə böyütmək istədiyi üçün Balıkesirin turistik bölgəsi Ayvalıqda yaşamağı seçib. Aktrisa və həyat yoldaşı orada 5 otaqlı butik hotel açıb.

Biricik bununla bağlı deyib:

“Bu işə milyonlar xərcləməmişik. Həyat yoldaşımla belə bir yer açmaq istəyirdik. Buna əsas səbəblərdən biri övladımızı kənd mühitində, daha təhlükəsiz bir yerdə böyütmək istəməyimiz idi”.

Tehsil-press.az

Oxşar xəbərlər