Alixanov: yeni rüsum hesabı sürücülərin 80%-nə təsir etməyəcək

Alixanov: yeni rüsum hesabı sürücülərin 80%-nə təsir etməyəcək Rusiyada avtomobillərə tətbiq olunan əlavə rüsumun hesablanma qaydasında dəyişiklik edilib. Rusiya Sənaye və Ticarət naziri Anton Alixanov bildirib ki, bu dəyişiklik sürücülərin təxminən 80%-nə aid olmayacaq.

Nazirin sözlərinə görə, əvvəlki artımdan sonra avtomobil qiymətlərində kəskin bahalaşma yaşanmayıb.

Alixanov qeyd edib ki, xarici şirkətlərin tərk etdiyi avtomobil zavodlarının 80%-dən çoxu yenidən işə salınıb. Qalan müəssisələrin fəaliyyətinin isə 2026-cı ildə bərpası planlaşdırılır.

Nazir əlavə edib ki, nazirlik avtomobil istehsalçıları ilə birlikdə maşınların elektron hissələrinin mərhələli şəkildə yerli istehsal detallar ilə əvəzlənməsi üzərində işləyir.

Onun sözlərinə görə, idxal avtomobillərinin satışı daha sürətlə azalır, Rusiyada isə minik avtomobili bazarında 20-dən çox brend və 50-dən çox model istehsal olunur.

Tehsil-press.az

Oxşar xəbərlər