İcra başçısı nazir gətirilir

İcra başçısı nazir gətirilir Son zamanlar Mədəniyyət Nazirliyi ətrafında daha bir qalmaqal baş qaldırıb.

Mədəniyyət xadimləri nazirliyə qarşı bir sıra ittihamlar səsləndirirlər.

Qeyd edək ki, nazirlik ittihamlara cavab vermək əvəzinə, daha çox bu barədə danışanların üzərinə getməklə məşğuldur. Lakin gedişat göstərir ki, baş verənlər mədəniyyət naziri Adil Kərimlinin postunu bir xeyli laxladıb.

Tribuna.az-a daxil olan məlumata görə, nazir Adil Kərimlinin yaxın günlərdə vəzifəsindən azad ediləcəyi gözlənilir. Onun postuna isə icra başçılarından birinin gətiriləcəyi barədə məlumatlar var. Belə ki, Adil Kərimlini Səbail rayon icra başçısı Vüqar Zeynalovun əvəzləyəcəyi bildirilir.

Xatırladaq ki, Vüqar Zeynalov Mədəniyyət Nazirliyinə yad biri deyil. O, icra başçısı olana qədər bu nazirlikdə müxtəlif vəzifələrdə çalışıb.

Tehsil-press.az

Oxşar xəbərlər