Rusiyada kəskin kadr çatışmazlığı: zavodlara 2 milyon işçi lazımdır

Rusiyada kəskin kadr çatışmazlığı: zavodlara 2 milyon işçi lazımdır 2025-ci ilin ilk yarısında Rusiyada ümumilikdə 141 min təşkilat fəaliyyətini dayandırıb və onların arasında istehsal müəssisələri də mövcuddur. Ölkədə iqtisadi artım tempi zəifləyib, bir sıra sənaye sahələrində isə geriləmə qeydə alınır.

Bunun fonunda sənayedə ciddi kadr çatışmazlığı yaranıb. Fərqli qiymətləndirmələrə görə, hazırda Rusiyanın istehsal sektorunda təxminən 2 milyon işçi çatmır. Eyni zamanda, idarəçilər, mühəndislər və ixtisaslı işçilər üzrə də böyük qıtlıq var.

Mütəxəssislər bildirirlər ki, 2030-cu ilə qədər Rusiyada işçi-peşə sahələrinin nüfuzu artacaq və əhalinin 75 faizinin bu ixtisasları daha tələb olunan və sosial cəhətdən vacib hesab edəcəyi gözlənilir.

Tehsil-press.az

Oxşar xəbərlər