Hadisə gecə saatlarında Astara rayonunun Çayoba kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı kanala aşıb. Qəza nəticəsində avtomobildə olan yeniyetmə Astara rayonunun Vaqo kənd sakini 16 yaşlı İgid Salayev Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılarkən yolda ölüb. Avtomobildə olan, yeniyetmənin dayısı Aslan Qasımov heç bir xəsarət almayıb.
Məsələ ilə bağlı vəfat edən şəxsin babası - Xankişi Salayev RTV-nin Cənub bürosuna açıqlamasında bildirib ki, ilk əvvəlcə nəvəmin vəfat etdiyini bilmirdik:
"İndi bir yarım saat olar gəlib çıxmışam mən bura. Xəbər elədilər bəs filankəs avariya edib. Dedim xəbərim yoxdur mənim. Sonra ikinci dəfə başqası zəng elədi dedi bəs sizin uşaq da onun içindədir. Uşaq əzilib, xəstəxanadadır. İndi gəlib çıxıram bura deyirəm uşaq hanı, deyirlər morqdadır".
Baba onu da bildirdi ki, oğlu ailəsindən iki il idi ayrılmışdı. Ana 3 uşağı da götürüb atası evinə gedib. Nəvəsi İgid Salayev idmanın boks növü ilə məşğul olub və dəfələrlə rəqiblərinə qalib gələrək 1-ci yerə layiq görülüb:
"Onlar ayrılmışdı oğlumdan. Uşağı qoymadı bizdə qalsın. Gətirdi qoydu atasının evində. Mən də xəbər göndərdim atasına ki, uşaqları qoymayın. Özü də uşaqlar ikisi də idmançı uşaqlar idi. İki qardaş ikisi də idmançı. Həmin o İgid 10 dənə rayona getmişdi hamıda da 1-ci yeri götürmüşdü boksda. Dayısı ilə olub bilmirəm kimlə olub həqiqi bilmirəm. Bilmirəm hardan çıxıb, səhər olub toyda. Mən onları dindirmirəm danışmıram onlarla. Arvad boşanmışdı, iki dənə uşağı apardı. Bilmirəm kim sürüb xəbərim yoxdur".
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.Faktla bağlı araşdırma aparılır.
Tehsil-press.az