
Bu gün tədbirdə qəflətən vəfat edən tədqiqatçı jurnalist Şəmistan Nəzirlinin ölümü ilə bağlı ADA Universitetindən verilən məlumatda belə deyilir.
Bildirilir ki, Şəmistan Nəzirli Qazax Müəllimlər Seminariyasının bərpası prosesində ilk günlərdən yaxından iştirak edib:
"Onun Seminariyanın tarixi əhəmiyyəti barədə araşdırmaları bu elm ocağının əvvəlki ruhunu bərpa etmək üçün əvəzolunmaz əhəmiyyət daşıyır. Seminariyanın xüsusi tədqiqatçılar qrupunun dəyərli üzvü kimi o hər zaman buradakı tədbirlərdə böyük həvəs və coşqu ilə iştirak edərdi. Onun tarixin unudulmaması uğrunda apardığı elmi araşdırmaları gələcək nəsillərə bir mirasdır.
Şəmistan Nəzirlinin Azərbaycana, Qazağa, Seminariyaya ürəkdən bağlılığını və sədaqətini nəzərə alaraq, onun məhz belə bir gündə və məkanda vəfatı bizi və tədbir iştirakçılarını dərindən təsirləndirdi. O ölkəmizə, onun tarixinə olan sevgisi ilə yaddaşlarda daim qalacaqdır" .
Qeyd edək ki, hərbi jurnalist, yazıçı Şəmistan Nəzirli bu gün ADA Universitetinin Qazax Tədris Mərkəzində keçirilən tədbirində qəfil vəfat edib.
Tehsil-press.az