Siyavuş Novruzov həmkarını saxtakar adlandırdı: "Tarix düzgün yazılmalıdır"

Siyavuş Novruzov həmkarını saxtakar adlandırdı: "Müstəqilliyimizin Bərpası Günü ilə bağlı xalqımızı təbrik edirəm. Başda Ulu Öndər Heydər Əliyev olmaqla müstəqilliyimizin qəbulu üçün səs vermiş 43 deputatımızı hörmətlə anıram".

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tənzilə Rüstəmxanlı deyib.

Tənzilə Rüstəmxanlının çıxışından sonra söz alan Siyavuş Novruzov həmkarına etirazını bildirib:

"Tənzilə xanım 43 dedi, amma 43 yox 271 nəfər səs verib. Həmin 43 nəfər özlərini istiqlal yolunda görüb və referendum əleyhinə səs veriblər. Müstəqillik başqa şeydir, referendum əleyhinə başqa şeydir. Tarixi saxtalaşdırmayaq, tarix düzgün yazılmalıdır. İclasa Ziyad Səmədzadə sədrlik edib və 350 nəfər parlament üzvündən 271 nəfəri Azərbaycan müstəqilliyinin bərpasına səs verib".

Spiker Sahibə Qafarova isə bildirib ki, çıxışlarda səhvlər olur:

"Siyavuş müəllim, çıxışlarda belə səhvlər ola bilər. Mən sizinlə də ayrıca danışacam".

Tehsil-press.az

Oxşar xəbərlər