İnfotur zamanı əcnəbi tələbələr BDU-nun Heydər Əliyev muzeyi, Genetika və təkamül muzeyi, Faydalı qazıntılar muzeyi, Universitetin unikal layihəsi olan “EKO Məkan” və “Tələbə məkanı”nda olublar.
Tələbələrə BDU-dakı ixtisaslar barədə ətraflı məlumat verilib. Bildirilib ki, müasir dövrün tələbləri və karyera imkanları nəzərə alınaraq, tələbələr üçün hər cür şərait yaradılıb. Universitetin müasir tədris metodları, informasiya texnologiyaları sahəsində tətbiq etdiyi yeniliklər, BDU-nun “TEKNOFEST” və “Robotex” komandalarının beynəlxalq uğurları da diqqətə çatdırılıb.
Tehsil-press.az