Əvvəlcə şagirdlər BDU-nun Heydər Əliyev muzeyi və Heydər Əliyev lektoriyası ilə tanış olublar. Bildirilib ki, ən son texnologiyalar əsasında və müasir üslubda hazırlanan hər iki məkanda Ümummilli Liderin həyatını və siyasi fəaliyyətini əks etdirən eksponatlar və məlumatlar həm real, həm də digital şəkildə ziyarətçilərə nümayiş etdirilir.
Daha sonra şagirdlər BDU-nun “Genetika və təkamül”, “Faydalı qazıntılar” muzeyi və Universitetin unikal layihəsi olan “EKO Məkan”a ziyarət ediblər.
İnfotur zamanı şagirdlərə son illər Universitetdə aparılan yenidənqurma və bərpa işlər, həmçinin BDU-dakı ixtisaslar barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, müasir dövrün tələbləri və karyera imkanları nəzərə alınaraq, tələbələr üçün hər cür şərait yaradılıb. Universitetin müasir tədris metodları, informasiya texnologiyaları sahəsində tətbiq etdiyi yeniliklər, BDU-nun “TEKNOFEST” və “Robotex” komandalarının beynəlxalq uğurları və beynəlxalq reytinqlərdə əldə olunan nailiyyətlər Universitetdə görülən işlərə əyani sübutdur.
Sonda şagirdlər BDU-nun şəhid-məzunlarının xatirəsinə həsr olunmuş guşəyə ziyarət ediblər.
Tehsil-press.az