AzMİU-da “Beynəlxalq tələbə həftəsi” yekunlaşıb

AzMİU-da “Beynəlxalq tələbə həftəsi” yekunlaşıb Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Beynəlxalq tələbə həftəsi” çərçivəsində ali təhsil müəssisəsinə yeni qəbul olunmuş əcnəbi tələbələr üçün keçirilən tədbirlər başa çatıb.
Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin təşkilatçılığı ilə həftə ərzində dinləyici-tələbələr müxtəlif görüşlərdə olub, universitetin fakültə və laboratoriyaları, təlim mərkəzləri, sərgi salonu, Heydər Əliyev Muzeyi ilə tanış olublar. Sonuncu gündə isə əcnəbi tələbələr Bakı şəhərini gəzib, Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər. Mərkəzdə tələbələrə ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə ətraflı məlumat verilib.
“Beynəlxalq tələbə həftəsi” çərçivəsində keçirilən tədbirlərin əsas məqsədi gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkilinin təmin edilməsidir.

AzMİU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər