Qazaxıstanda xüsusi rejim elan olundu

Qazaxıstanda xüsusi rejim elan olundu Qazaxıstanda 40 gün ərzində terror təhlükəsinin “sarı” səviyyəsi elan edildi.

Bu barədə RİA Novosti Qazaxıstanın terror ilə mübarizə üzrə əməliyyat qərargahına istinadən xəbər yayıb.
“Yaranan vəziyyəti nəzərə alaraq, 40 sutka ərzində terror təhlükəsinin “sarı” səviyyəsi elan edilir”, - məlumatda deyilir.
DİN yerli sakinlərdən şübhəli əşyalara toxunmamağı, hüquq-mühafizə orqanları əməkdaşları sənədləri yoxlayarkən təşvişə düşməməyi, dövlət orqanlarının rəsmi məlumatını rəhbər tutmağı xahiş edib.
Xatırladaq ki, Qazaxıstan DİN Aktobedə baş verən hücumların terror aktı olduğunu bəyan edib. Yeri gəlmişkən, məlum hadisələrin ərəfəsində naməlum şəxslər iki silah mağazasına və hərbi hissəyə hücum ediblər. Bir müddət sonra Aktobedə antiterror əməliyyatının gedişatında daha beş cinayətkar məhv edilib.


Tehsil-press.az

Oxşar xəbərlər