İstanbulun Fatih rayonunda silahlı insident ölüm hadisəsi ilə nəticələnib.Logistika şirkətində kuryer kimi çalışan Arif İsmayılov naməlum şəxsin silahlı hücumuna məruz qalıb.
Hadisə günorta saatlarında Fatih rayonu, Balabanağa məhəlləsində yerləşən Zeynep Kamil küçəsində qeydə alınıb. Bildirilir ki, hücum edən şəxs İsmayılova yaxınlaşaraq ona bir neçə dəfə atəş açıb.
Baş nahiyəsindən ağır yaralanan kuryer ətrafdakı insanların köməyi ilə təcili şəkildə xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və Arif İsmayılov xəstəxanada vəfat edib.
Hadisədən dərhal sonra əraziyə polis əməkdaşları cəlb olunub. Hücumu törədən şəxsin saxlanılması istiqamətində əməliyyat tədbirlərinə başlanılıb. Faktla bağlı araşdırma aparılır.
Tehsil-press.az










