Azərbaycana elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı gələn ildən bir il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olunacaq.
Bu qərar "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, 2026-cı il yanvarın 1-dən etibarən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin həm ölkəyə gətirilməsi, həm də daxili bazarda satışı ƏDV-dən azad ediləcək.
Qeyd edək ki, bu addımın məqsədi Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələrinin sayını artırmaq və ətraf mühitə zərərin azaldılmasına töhfə verməkdir.
Tehsil-press.az










