Yeni rəis təyinatı baş tutub — DOSYE

Yeni  rəis təyinatı baş tutub —  DOSYE İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədri Saleh Səmədovun ikinci oğlu Toğrul Səmədovun vəzifəsindən uzaqlaşdırılması barədə məlumat vermişdik.

Şabranda yerləşən 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin işdən azad olunmuş rəisi Toğrul Səmədovun yerinə yeni təyinat baş tutub.

Yeni təyin olunan rəis ədliyyə polkovnik-leytenantı Nazim Zülfüqarovdur.

O,bundan öncə Qaradağ rayonu,Qobustan qəsəbəsində yerləşən 8 saylı cəzaçəkmə müəssisəsində əməliyyat işləri üzrə rəis müavini vəzifəsini icra edib.

Qeyd edək ki,sözügedən cəzaçəkmə müəssisəsində xüsusi ilə təhlükəli cinayət törətmiş residivistlər (Red-cəzasını çəkdikdən sonra eyni və ya başqa cinayəti təkrar etmə; təkrar cinayət törətmə)məhkumlar saxlanılır.Xatırladaq ki,vaxtı ilə Lotu Quli (Nadir Sələfov) da həmin müəssisədə cəza çəkib.

Tehsil-press.az

Oxşar xəbərlər