Əziz Orucov azadlığa çıxdı

Əziz Orucov azadlığa çıxdı “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov azadlığa çıxıb.

Əziz Orucovun cəza müddəti bu gün bitib və o, Ədliyyə Nazirliyinin 16 saylı cəzaçəkmə müəsissəsindən azadlığa buraxılıb.

Qeyd edək ki, Əziz Orucov 27 noyabr 2023-cü ildə saxlanılıb.

Səbail Rayon Məhkəməsinin hökmünə əsasən, Əziz Orucov 2 il müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə aşağı instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlayıb.

Ə.Orucova qarşı əvvəlcə Cinayət Məcəlləsinin 188.2-ci (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb. Daha sonra Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürülüb.

İstintaq dövründə 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə cinayət işinə xitam verilib.

Tehsil-press.az

Oxşar xəbərlər