Qeyd olunan tədbirlərin həyata keçirildiyi bir vaxtda Azərbaycanda internet üzərindən fahişəliyin təbliği ilə bağlı növbəti iddialar gündəmə gəlib.
“escortaze.com” adlı saytda 120 nəfərdən çox qadının fotoşəkilləri və onların göstərdiyi intim xidmətlərlə bağlı məlumatların yerləşdirildiyi bildirilir.
Saytda təqdim olunan məlumatlarda həmin şəxslərin xarici görünüşü, bədən quruluşu və digər xüsusiyyətləri ilə yanaşı, xidmətlərin qiymətləri də açıq şəkildə qeyd olunub. Görüşlərin qiyməti saatlıq 100 manatdan başlayır, bir gecəlik xidmətlər isə 600-1000 manat arasında dəyişir.
Məsələ ilə bağlı hüquqşünaslar bu cür fəaliyyətlərin açıq şəkildə fahişəliyə cəlbetmə və təşkil etmə kimi qiymətləndirilə biləcəyini bildirirlər. Onların sözlərinə görə, əgər platformada intim xidmətlərin təşkili, təklif olunması və bundan gəlir əldə edilməsi faktı sübuta yetirilərsə, bu, cinayət məsuliyyəti yaradır.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsinə əsasən, gəlir və ya digər fayda əldə etmək məqsədilə fahişəliyin təşkili və ya ona şərait yaradılması cinayət əməli hesab olunur və müvafiq hüquqi məsuliyyətə səbəb olur.
Hazırda sözügedən saytın kimə məxsus olması barədə məlumat yoxdur.
Tehsil-press.az










