Prezident İlham Əliyev deputat Mixail Yuryeviç Zabelini 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.Rəsmi sərəncamda Mixail Zabelinin Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunduğu qeyd edilib.
Bu gün 80 yaşını qeyd edən Mixail Yuryeviç Zabelin kimdir?
Mixail Zabelin 1946-cı il martın 19-da Bakı şəhərində anadan olub. Azərbaycan Politexnik İnstitutunun Hidromeliorasiya bölməsini, Bakı Ali Partiya Məktəbi və Ümumittifaq Qiyabi Hüquq İnstitutunun isə Sovet quruculuğu bölməsini bitirib.
O,demək olar ki,ömrünün böyük bir hissəsini ictimai-siyasi fəaliyyətlə məşğul olmaqla keçirib.Müxtəlif sahələrdə çalışan Mixail Zabelin 06.10.1994-cü ildə Azərbaycan Ali Sovetinin sədri Rəsul Quliyevin qərarı ilə Milli Məclisin üzvü seçilmişdir. Milli Məclisin İnsan hüquqları və millətlərarası münasibətlər Komissiyasının üzvü olmuşdur.O,demək olar ki,Milli Məclisin bütün çağırışlarında deputat seçilmişdir.2020-ci il fevralın 9-da Yeni Azərbaycan Partiyasının namizədi olaraq 34 saylı Xətai II dairəsindən Milli Məclisin VI çağırış deputatı seçilib.
80 yaşlı deputat təkcə bununla kifayətlənmir. O,bir sıra digər vəzifələri də icra edir.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya Komitəsinin, Mədəniyyət Komitəsinin üzvü, Hesablayıcı Komissiyasının Katibi, Azərbaycan-Uruqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, həmçinin Azərbaycan-İrlandiya, Azərbaycan-Litva, Azərbaycan-Mavritaniya, Azərbaycan-Polşa, Azərbaycan-Rusiya, Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin və Azərbaycan–Rusiya parlamentlərarası Komissiyasının üzvü olmuşdur.
2022-ci ilin dekabr ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zabelin Mixail Yuryeviçi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü təyin edib.
2024-cü il oktyabrın 8-də Azərbaycan — Uruqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.
3 fevral 2025-ci ildə Milli Məclisin Hesablayıcı komissiyasının katibi seçilib.
Müxtəlif illərdə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü olmuşdur.
Hansı təltifləri var?
"Şöhrət" ordeni (17 mart 2006)
1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni (18 mart 2026)
3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (30 noyabr 2022)
Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu
Rusiya höküməti də zaman-zaman Azərbaycan parlamentinin deputatını yüksək orden və medallarla təltif edib.
"Dostluq" ordeni (8 iyun 2016)
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının fəxri fərmanı (2005)
Moskva şəhəri merinin təşəkkürnaməsi (19 oktyabr 2007)
Moskva Hökumətinin fəxri fərmanı (19 aprel 2006)
Xaricdə yaşayan həmvətənlərlə iş üzrə Hökumət Komissiyasının fəxri fərmanı (2008)
I dərəcəli "Böyük Pyotr" ordeni (2007)
II dərəcəli "Müqəddəs Sergey Radonejski" ordeni (2019, Rus Pravoslav Kilsəsi)
III dərəcəli "Müqəddəs Sergey Radonejski" ordeni (2007, Rus Pravoslav Kilsəsi)
"Müqəddəs kilsənin şöhrəti naminə xidmətlərə görə" medalı (2004)
"İlin ən yaxşı həmvətəni" mükafatı (2003)
O,həmçinin ABŞ-nin Texas ştatının fəxri vətəndaşıdır.1993-cü il martın 25-də Mixail Zabelinin təşəbbüsü ilə Azərbaycanda Rus İcmasının yaradılmış, həmin il mayın 5-də Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Həmin gündən Azərbaycanda Rus İcmasının sədridir.Ailəlidir,1 övladı var.
Tehsil-press.az









