Seminarda tələbələrə PMİ-nin Təchizat və Xidmət şöbəsinin mühəndisi Vaqif İbrahimov tərəfindən təhlükəsizlik texnikası qaydaları, yanğından mühafizə tədbirləri, odsöndürən vasitələrin növləri və istifadə qaydaları haqqında ümumi məlumat və təlimatlar verilib. Təhlükəsiz iş şəraitinin təmin edilməsi ilə bağlı maarifləndirici video-çarxlar nümayiş olunub.
Vaqif İbrahimov təhlükəsizlik texnikası qaydalarına düzgün riayət olunması və bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə tövsiyə və göstərişlər verib, tələbələrin təcrübə mərhələsinə daha hazırlıqlı şəkildə başlamaları üçün seminarın əhəmiyyətini xüsusi qeyd edib. Tədbirin sonunda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.
Tehsil-press.az











