BDU “QS Reimagine Education Awards & Conference 2025”də təmsil olunur

BDU “QS Reimagine Education Awards & Conference 2025”də təmsil olunur Azərbaycanın ali təhsil müəssisələri bu il də dünyanın ən nüfuzlu təhsil innovasiyaları platformalarından biri olan “QS Reimagine Education Awards & Conference 2025” tədbirində uğurla təmsil olunur. Bakı Dövlət Universiteti (BDU) konfransa özünün yüksək innovativ potensiala malik “NeuroScreen” layihəsi ilə qatılıb. BDU-nun təqdim etdiyi bu layihə 2000-dən çox müraciətçi arasından seçilərək, ən yaxşı 20 faiz sırasında yer alıb. Bu göstərici Universitetin qlobal innovasiya mühitində mövqeyinin gücləndiyini nümayiş etdirir.

“NeuroScreen” layihəsinin əsas məqsədi iflicli xəstələrin beyin siqnallarının oxunması və filtrlənməsi yolu ilə IoT əsaslı ağıllı ev texnologiyalarının idarə olunmasını, rəqəmsal cihazların uzaqdan nəzarətini, robot əsaslı protez və orqanların idarə edilməsini, xəstənin sağlamlıq vəziyyətinin real vaxtda monitorinqini və süni intellekt dəstəyi ilə diaqnostik qərarların verilməsini təmin etməkdir.

Layihə tibb, süni intellekt, neyrotexnologiya və robototexnika sahələrinin inteqrasiyası ilə hazırlanmış qabaqcıl həll kimi yüksək qiymətləndirilib.

“NeuroScreen” layihəsini konfransda BDU-nun rektor müşaviri Asiman İlyasov təqdim edib. Onun çıxışında layihənin sosial əhəmiyyəti, innovativ texnoloji yanaşması və reabilitasiya prosesində yarada biləcəyi yeniliklər beynəlxalq iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tehsil-press.az

Oxşar xəbərlər