
Məlumata əsaslanan insan hüquqları araşdırması mövzusunda keçirilən konfransda BDU-nun Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ kafedrasının müdiri, professor Əmir Əliyev, kafedranın dosentləri Gülnaz Rzayeva və Aytəkin İbrahimovanın birgə müəllifliyi ilə elmi məqalə təqdim edilib. Azərbaycanlı alimlər konfransda “Süni intellekt və şəxsi məlumatlar: beynəlxalq və milli konteksdə” (“Artificial intelligence and personal data: international and national framework”) adlı elmi məqalə ilə çıxış ediblər. Çıxışda müəlliflər tərəfindən süni intellekt sistemlərinə leqal anlayışın verilməsi, rəqəmsal hüquqlarla bağlı normaların redaktəsi, kibertəhlükəsizliyin təmin olunması üçün kibermədəniyyətin artırılması məsələləri üzrə bir çox təkliflər verilib, süni intellekt sistemlərinin tətbiqi zamanı insan hüquqlarının rəhbər tutulması, “mənəvi yanaşma” prinsipinin əsas götürülməsi və şəxsi həyatın toxunulmazlığının təmin olunmasına diqqət çəkilib.
BDU alimlərinin təqdim etdiyi məqalə müzakirə panelində maraqla qarşılanıb, iştirakçı alimlər tərəfindən müsbət rəy alıb.
Tehsil-press.az