Memarlıq və İnşaat Universitetinin əməkdaşı QS reytinq sisteminə aid konfransda iştirak edib

Memarlıq və İnşaat Universitetinin əməkdaşı QS reytinq sisteminə aid konfransda iştirak edib Azərbaycan Memarlıq və İnşaat Universitetinin Strateji planlaşdırma şöbəsinin əməkdaşı Nigar Əbilova dünyanın nüfuzlu reytinq sistemi olan QS (Quacquarelli Symonds) tərəfindən keçirilən virtual konfransda iştirak edib.
“2020 Reimagine Education Virtual Conference” adlı qlobal konfransda xarici ekspertlər ali təhsilin inkişafı, ən yaxşı təcrübələr, əlaqələr və bilik mövzularına dair məsələləri müzakirə ediblər. Konfrans yüksək səviyyəli təhsil qurumlarının müəllimlərini, universitet rəhbərliyini, müəllimləri, startapçıları, tədris və öyrənmənin gələcəyi ilə bağlı digər maraqlanan tərəfləri bir araya gətirib.
Konfransda müzakirə edilən məsələlərdə yüksək fəallıq göstərən iştirakçılar sertifikatlarla təltif ediliblər.

Tehsil-press.az


Oxşar xəbərlər