“Süni intellekt və data elmi” layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub

“Süni intellekt və data elmi” layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində "Süni intellekt və data elmi" intensiv təlim proqramı layihəsinin bağlanış mərasimi keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov hazırda süni intellekt texnologiyalarının dünya bazarının zəruri texnologiyalarından biri olduğunu qeyd edib. O bildirib ki, layihə ölkənin rəqəmsal qabiliyyətinin artırılması və cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Təhsil İnstitutunun direktoru Rüfət Əzizov layihə çərçivəsində həyata keçirilən təlimlərin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, süni intellekt texnologiyaları gələcəkdə mümkün risklərin minimuma endirilməsi baxımından ən mühüm strategiya hesab olunur.
Sonda təlim iştirakçılarına sertifikat təqdim olunub.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilən layihə mayın 4-dən etibarən 40 nəfər iştirakçı ilə start götürüb.
Layihə ölkəmizdə data analitikası sahəsində kadr potensialını artırmaq və əmək bazarının tələblərinə uyğun mütəxəssislər yetişdirmək məqsədi daşıyır. Layihə çərçivəsində data analitikasına marağı olan tələbələr bu sahədə ekspert olan təlimçilər tərəfindən strukturlu və effektiv şəkildə praktiki təlimlər keçərək data elminin əsaslarını dərindən mənimsəyiblər.

Tehsil-press.az

Oxşar xəbərlər