
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Bəxtiyar Kamil oğlu Qurbanov idarənin rəisi vəzifəsindən azad olunub.
Nazirin digər əmri ilə sözügedən vəzifəyə Xəqani Həmzə oğlu Əzizov təyin edilib.
Qeyd edək ki, Bəxtiyar Qurbanov 2019-cu ildən sözügedən idarənin rəisi idi.
Son iki ayda Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-leytenant Etibar İsmayılov və Xidmət rəisinin birinci müavini - Qərargah rəisi general-mayor Raul Zeynalov vəzifəsindən azad edilib. Hər iki generalın vəzifənin icrası polkovnik Xaliq Hüseynova tapşırılıb.
Tehsil-press.az