Vəzifədən azad edilən generalın yerinə - Təyinat

Vəzifədən azad edilən generalın yerinə - Təyinat Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini - Qərargah rəisi vəzifəsinə yeni təyinat olub.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq Əmri ilə Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsinin alay komandiri polkovnik Xaliq Hüseynov sözügedən vəzifəyə təyin edilib.

Qeyd edək ki, Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini - Qərargah rəisi general-mayor Raul Zeynalov bir müddət bundan əvvəl vəzifəsindən azad edilib.

Tehsil-press.az

Oxşar xəbərlər