Yubileylərində orden və medal alanlar - SİYAHI

Yubileylərində orden və medal alanlar - SİYAHI Bu il dövlət səviyyəsində müxtəlif sahələrdə fərqlənmiş bir sıra tanınmış şəxs orden və medallarla təltif olunub. Siyahıda siyasi və ictimai sahədə fəaliyyət göstərən şəxslərlə yanaşı, mədəniyyət xadimləri də yer alır.

Bu il orden və medallarla təltif edilmiş tanınmış şəxslərin siyahısını təqdim edir:

Bu il Prezident İlham Əliyevin sərəncamı ilə ordenlə təltif edilən tanınmış və ən yüksək rütbəli şəxs Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov olub. Belə ki, dövlət başçısı 80-ci yaş günündən 2 gün əvvəl Azərbaycanın sosial-iqtisadi inkişafında böyük xidmətlərinə görə, Y.Eyyubovu “İstiqlal” ordeni ilə təltif edib. Ordeni elə həmin gün Prezident İlham Əliyev Yaqub Eyyubovu qəbul edərək şəxsən təqdim edib.

"Sevil" Qadınlar Məclisinin sədri, bəstəkar Sevil Heydər qızı Əliyeva də bu ilin oktyabrında təltif olunub. Sevil Əliyeva Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Prezident İlham Əliyev bununla bağlı Sərəncamı ilə "Şərəf" ordeni ilə mükafatlandırılıb.

Bu il tətlif olunan rəsmi şəxslərdən biri də Milli Məclisin sədri Sahibə Qafarovadır. 19 martda Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında böyük xidmətlərinə görə S.Qafarovaya “Şərəf” ordenini təqdim edib.

Bu ilin avqustunda isə Azərbaycan kino sənətinin inkişafında xidmətlərinə görə Xalq artisti Fəxrəddin Manafov “Şöhrət”, Xalq artisti Afaq Bəşirqızı isə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif ediliblər. Hər iki sənətkar 70 illik yubileylərindən 1 gün əvvəl Dövlət başçısı tərəfindən mükafatlandırılıblar.

Baş nazirin köməkçisi Əhməd Əhmədzadə və sabiq ədliyyə naziri Fikrət Məmmədov isə uzunmüddətli səmərəli fəaliyyətə görə “Şərəf” ordeninə layiq görülüblər.

Prezident İlham Əliyevin 29 mart 2025-ci il tarixli Sərəncamı ilə Şəfiqə Məmmədova Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə "İstiqlal" ordeni ilə təltif edilib. Orden ona həmin gün Prezident İlham Əliyev tərəfindən təqdim olunub.

Gövhər Baxşəli qızı Baxşəliyeva da dövlət başçısı tərəfindən ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə mükafatlandırılıb.

Azərbaycanın Xalq şairi Vahid Əziz oğlu Cəfərov (Vahid Əziz) da ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şərəf" ordeni ilə təltif edilib.

Tehsil-press.az

Oxşar xəbərlər