Elza Seyidcahandan sərt sözlər: "Onlar sənətimizi zir-zibilə çevirir!"

Elza Seyidcahandan sərt sözlər: "Bəziləri sənətə yalnız ziyan vurur. Zir-zibil mahnılar oxuyub, çoxlu pul qazanır, özlərinə bahalı paltarlar alırlar, guya bunlar da oxuyandır".

Bu sözləri Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan "Öz aramızda" verilişində səsləndirib.

Əməkdar artist bayağı mahnılar oxuyanlar haqqında sərt fikirlərini belə ifadə edib:

"Bayağı mahnılar onlar üçün çox səviyyəlidir. Onların oxuduqları məhz zir-zibil hesab olunur. Bəzi gənclər də onları efirlərdən izləyir elə bilirlər ki, yaxşı oxuyanlardır və toylarında görmək istəyirlər. Nəticədə bəzən valideynlər istəmədən belə onları öz övladlarının toylarına dəvət edirlər".

Tehsil-press.az

Oxşar xəbərlər