Yaxın gələcəkdə Xəzər dənizinin quruması ehtimal olunmur, onun suyunun səviyyəsi isə 20 il davam edən azalmadan sonra tarazlıq vəziyyətinə çatıb.Bunu Rusiya Elmlər Akademiyasının (REA) Su Problemləri İnstitutunun baş elmi işçisi Mixail Bolqov deyib.
"Qarşıdakı illərdə müəyyən sabitləşmənin olacağını proqnozlaşdırırıq, çünki səviyyə, demək olar ki, 20 ildir enirdi və hazırda müəyyən bir tarazlıq nöqtəsinə gəlib. Yaxın gələcəkdə Xəzər dənizi mövcudluğunu qoruyub-saxlayacaq", - alim qeyd edib.
Ekspertin sözlərinə görə, dənizin səviyyəsi geniş proqnoz aralığında tarazlıq vəziyyəti ətrafında dəyişə bilər.
Qeyd edək ki, Xəzər dənizinin səviyyəsinin düşməsi 1990-cı illərin ortalarından etibarən müşahidə edilir. 2025-ci ildə isə bu göstərici tarixi minimuma çatıb.
Tehsil-press.az










