"E-hökumət" portalında ən çox müraciət olunan sahələr

May ayı ərzində "Elektron hökumət" portalı vasitəsilə xidmətlərə ən çox müraciət edilən sahələrin statistik göstəricilərini açıqlanıb.

Bu barədə Tehsil-press.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinə istinadən məlumat verir.

Sıralama belədir:

1. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası - 691 299
2. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - 607 587
3. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi - 461 296
4. Dövlət Gömrük Komitəsi - 48 821
5. Elektron Arayışlar - 14 167

Qəbul imtahanlarına start verildiyi bir vaxtda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasınin xidmətləri müraciət sayına görə liderdir və təkcə may ayı ərzində qurumun təqdim etdiyi "Namizədlərin (abituriyentlərin, bakalavrların, namizədlərin (rezidenturaya sənəd verənlər) ərizələrinin onlayn qəbulu" elektron xidmətinə 337 405 dəfə müraciət olunub.


Tehsil-press.az

Oxşar xəbərlər