Canavar Şəkidə kəndə hücum etdi: 5 yaralı var

Canavar Şəkidə kəndə hücum etdi: 5 yaralı var Şəkidə canavar kəndə hücum edərək 5 nəfərə xəsarət yetirib.

Hadisə Bideyiz kəndində baş verib.

Belə ki, canavar kənd sakinləri - 5 yaşlı Z.Qurbanov, 27 yaşlı Fariz Lətifov, 27 yaşlı Nazilə Qurbanova, 49 yaşlı Sevinc Qurbanova və 52 yaşlı Gündüz Lətifovu yaralayıb.

Onlar müxtəlif dərəcəli xəsarətlərlə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər