Atəş səslərindən hürkən ayılar kəndə hücum etdi - Daşkəsəndə

Atəş səslərindən hürkən ayılar kəndə hücum etdi - Daşkəsəndə Daşkəsəndə atəş səslərindən hürkən ayılar kəndə hücum ediblər.

Tehsil-press.az Kəpəz TV-yə istinadən xəbər verir ki, Daşkəsən rayonunun Çıraqlı kəndinə ayılar hücum edib. Vəhşi heyvanlar əkin sahəsində işləyən bir nəfər kənd sakininə xəsarət yetirib. Yaralı, Çıraqlı kənd sakini 32 yaşlı Elbrus Bayramov Gəncə Şəhər TTYX-a gətirilib. Vəziyyətin orta-ağır qiymətləndirilir. Kənd sakinləri bildirir ki, vəhşi heyvanlar son günlər cəbhədə baş verən atışma səslərindən hürkərək meşədən kəndin içərisinə doğru gəliblər.

tehsil-press.az