2026-cı ilin yanvarından Azərbaycanda siqaretlərin qiymətində artım gözlənilir. Buna səbəb Vergi Məcəlləsinə edilən dəyişiklikdir - aksiz dərəcəsi əvvəlki 1000 ədəd üçün 45.5 manatdan 1000 ədəd üçün 55 manata yüksəldilib. Aksiz dolayı vergi olduğundan bu artım birbaşa pərakəndə satış qiymətlərinə təsir edəcək.Aparılan araşdırmalar nəticəsində məlum olub ki, yeni ilin ilk günündən Azərbaycanda növündən və çeşidindən asılı olmayaraq 1 qutu (20 ədəd) siqaretin qiyməti minimum 20 qəpik artacaq. Qanunvericiliyə edilən dəyişiklik artıq bazara da təsirsiz qalmayıb - paytaxtda fəaliyyət göstərən bəzi marketlərin siqaret satışını məhdudlaşdırdığı bildirilir.
Satıcılar və ekspertlərin qiymətləndirmələrinə görə, yeni ildən siqaretlərin qiyməti müxtəlif markalar üzrə 2.5 - 5.5 AZN arasında dəyişəcək.
Qeyd edək ki, Vergi Məcəlləsinə edilən dəyişiklik 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
Tehsil-press.az






