Bakıda həkimlərin yeni il şənliyində dava – Stomatoloq həbs edildi

Bakıda həkimlərin yeni il şənliyində dava – Stomatoloq həbs edildi Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən “Cratos” restoranında keçirilən bayram şənliyində dava-dalaş olub.

Restoranda klinikalardan birinin əməkdaşlarının iştirakı ilə keçirilən məclisdə bir neçə nəfər arasında insident yaşanıb.

Belə ki, 31 yaşlı həkim-stomatoloq S.Məhərrəmov sərxoş halda digər qonaqlardan biri ilə münaqişə yaradıb. “Cratos”un mühafizəçiləri onu məkandan çıxarıblar, lakin dava küçədə davam edib. Hadisə yerinə gələn Binəqədi RPİ-nin 5-ci Polis Şöbəsinin əməkdaşları S.Məhhərəmovu saxlayıblar. O, daha sonra məhkəməyə göndərilib və inzibati xətada təqsirli bilinərək 15 sutkalıq inzibati həbs edilib.

Tehsil-press.az

Oxşar xəbərlər