Ermənistanın ombudsmanı Bakıya gəlir? - REAKSİYA

Ermənistanın ombudsmanı Bakıya gəlir? - REAKSİYA Bakıda həbsdə olan erməni milyarder Ruben Vardanyan ailəsi ilə telefon əlaqəsi saxlayıb. “Hraparak” qəzetinin yazdığına görə, o, telefon danışığı zamanı Ermənistanın ombudsmanı Anahit Manasyana mesaj göndərib.

Vardanyan geniş mətndən ibarət məktubda qeyd edib ki, bu yaxınlarda Azərbaycanın ombudsmanı Səbinə Əliyeva ilə görüşüb. Onun sözlərinə görə, görüş zamanı özü və digər erməni məhbusların saxlanma şəraiti ilə bağlı bir sıra məsələləri qaldırıb: “Söhbətimiz zamanı Ombudsman qeyd etdi ki, o, artıq sizinlə (Anahit Manasyanla – red.) Bakıya səfər etmək imkanını müzakirə edib və Azərbaycan buna hazır olduğunu bildirib”.

O, digər erməni məhbusların qohumlarının da Bakıya səfər etmə ehtimalını nəzərdən keçirməyi xahiş edib: “Həyat yoldaşım Veronika Zonabend belə bir təşəbbüsdə iştirak etməyə və Bakıya səfər etməyə hazırdır. Yəqin ki, digər məhbusların ailə üzvləri də hazır olacaqlar”.

Qeyd edək ki, Vardanyan 20 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı erməni ombudsmanın və erməni məhbusların yaxınlarının Bakıya gəlməsinə şərait yarada bilərmi? Qanun nə deyir?

Çingiz Qənizadə hakim partiyanın rəhbər orqanlarında təmsil olunacaq?!

Ədliyyə Nazirliyi yanında İctimai Şuranın sədri, hüquqşünas Çingiz Qənizadə Musavat.com-a bildirib ki, Ruben Vardanyanın və Bakıda məhkəmənin hökmü ilə cəzalarını çəkən digər ermənilərin hüquqları Azərbaycan qanunvericiliyi və beynəlxalq konvensiyaların tələblərinə uyğun şəkildə təmin olunur: “Onlara ailələri ilə telefon əlaqəsi yaratmaq imkanı yaradılır. Ombudsman onlarla maraqlanır. Ruben Vardanyanın özü də Ombudsmanın onunla görüşdüyünü bildirib. Ermənistan ombudsmanın və erməni məhbusların yaxınlarının Bakıya gəlməsinə şərait yaradılıb-yaradılmayacağı məsələsinə gəlincə, Azərbaycan qanunvericiliyi və beynəlxalq öhdəliklər belə səfərləri tam istisna etmir, əksinə, müəyyən hallarda buna imkan verir.

Bakı belə səfərlərə qanun baxımından tam qapalı deyil. Avropa İnsan Hüquqları Konvensiyası və digər beynəlxalq sənədlər saxlanılan şəxslərin ailə ilə əlaqə hüququnu tanıyır. Azərbaycan da bu hüquqları təmin edir. Bu, əsasən məktub, telefon və bəzi hallarda görüş formasında olur. Azərbaycan penitensiar qanunvericiliyinə görə, məhbusların qohumları ilə görüş hüququ var, lakin bu hüquq təhlükəsizlik qaydaları, istintaq və ya hökmün icrası rejimi və dövlət maraqları ilə məhdudlaşdırıla da bilər.

Ermənistan vətəndaşlarının Azərbaycana səfəri üçün xüsusi icazə tələb olunur. Dövlət təhlükəsizliyi və ictimai həssaslıq nəzərə alınaraq belə səfərlər yalnız xüsusi prosedur və nəzarət altında mümkündür. Ombudsman səviyyəsində qarşılıqlı səfərlər isə hüquqi baxımdan mümkündür, amma bu, iki ölkə arasında diplomatik razılaşma və koordinasiya tələb edir”.

Tehsil-press.az

Oxşar xəbərlər